Yuxarı

Metroda qatarlar gecikdi, sıxlıq yarandı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:38

Səhər saatlarından etibarən Bakı metrosunda qatarların intervalı arasında fasilə 8-9 dəqiqəyə qalxıb.

Bununla bağlı Axar.az-a açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat ximdətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, ləngiməyə səbəb ehtiyat qataralarının xəttə buraxılmasıdır:

“Ehtiyat qatarlar “Memar Əcəmi” və “Neftçilər” stansiyasında dalanlara verilir və orada gözlənilir. Bu əməliyyat səhər saatlarında 08:30-a qədər davam edir. Eyni zamanda günün pik saatlarında 1 dəqiqə 30-50 saniyə, 2 dəqiqə 10-30 saniyə ərzində də ləngiməni müşahidə edə bilərsiniz. Bu, o deməkdir ki, ehtiyat qatar dalana və ya depoya girib-çıxır. Xəttdə müəyyən problemlər yaranır”.

B.Məmmədov qeyd edib ki, ehiyat qatarlarının xəttə gur saatlarda buraxılması çox problemli məsələdir:

“Böyük problemlərdən biri “Bakmil”in – elektrik deposunun xəttin ortasında yerləşməsidir. Gün ərzində qatarlar depoya verilməlidir. Bir qatar texniki baxış üçün xəttə veriləndə “Nəriman Nərimanov” stansiyasından üzü “Həzi Aslanov”a bəzən intervallar artır. “Xocəsən” elektrik deposu istismara veriləndən sonra bunu ətraflı və əyani şəkildə göstərmək mümkün olacaq”.

Tarix
2021.11.30 / 09:48
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla