Yuxarı

Kimlər işsizlikdən sığorta haqqı ala bilər? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşsizlikdən sığorta olunan vətəndaşların itirilmiş əməkhaqları necə bərpa olunur? Ümumiyyətlə hansı halda vətəndaşlara bu ödənişlər şamil olunmalıdır? Əməkdaşlarımız mövzu ilə bağlı aidiyyəti qurumdan açıqlama alıblar.

Axar.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, ölkəmizdə 2021-ci ilin 10 ayı ərzində 3033 nəfərə işsizlik sığorta ödənişi təyin edilib, oktyabr ayında isə 374 nəfər bu ödənişdən yararlanıb. Lakin bir çoxları hələ də belə bir sığorta anlayışından xəbərsizdir.

Məbləğlər isə fərqli hesablanır. Əmək müqaviləsinin müddətinin bitməsinə görə əmək münasibətlərinə xitam verilmiş şəxslərdə işsizliyin başlamasından əvvəlki 36 ay ərzində 35 aydan çox ardıcıl gələn müqavilə üzrə sığorta stajı olduqda həmin şəxslərə üç ay müddətində minimum sığorta ödənişi təyin edilir. Dövlət orqanı və ya hüquqi şəxs ləğv olunduqda isə bu vaxt sığorta ödənişinin müddəti işsizliyin başlamasından 24 təqvim ayı olaraq nəzərdə tutulur:

Qeyd edək ki, işsizlikdən sığortadan daha çox şəxsin yararlanması məqsədilə qanuna dəyişiklik layihəsi hazırlanmaqdadır. Belə halda daha çox şəxs bu ödənişdən yararlana biləcək. Rəsmi şəkildə işləməyən və sığorta ödənişi etməyən vətəndaşlar işsizliyə görə sığorta hüququndan faydalana bilməzlər.

Tarix
2021.11.30 / 10:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla