Yuxarı

Xətaidə yenidən istilik kəsildi – Səbəb torpaq satışıdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gündən etibarən Xətai rayonu Zığ yolu hissəsinə istiliyin verilməsi dayandırılıb.

Bu barədə Axar.az-a həmin ərazidə yaşayan sakinlər məlumat verib.

“Azəristiliktəchizat”ın şöbə rəisi Rafiq Əliyev saytımıza bunun magistral istilik xəttində baş verən növbəti qəza ilə bağlı olduğunu bildirib.

“Hazırda bununla bağlı işlər gedir. Yaxın 2-3 saat ərzində istilik veriləcək. Bu ərazidə tez-tez istilik kəmərlərində problem yaşanır. Bunun səbəbi isə magistral kəmərlərin keçdiyi ərazidə çox sayda həyət evlərinin olmasıdır. Bu, təmir işlərinin aparılmasına bir sıra problemlər yaradır”, - şöbə rəisi bildirib.

Qeyd edək ki, Xətai rayonunun sabiq başçısının magistral qaz, su, kanalizasiya və istilik xətlərinin ərazisini, eyni zamanda yüksək gərginlikli elektrik xətlərinin altını satması dəfələrlə gündəmə gəlib. Hətta magistral su xəttində baş verən qəza zamanı “Azərsu” fərdi yaşayış evinin bir hissəsini sökməyə məcbur olmuşdu.

Tarix
2021.11.30 / 15:11
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla