Yuxarı

Havalar kəskin soyuyur - Umayra Tağıyeva

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 30-u və dekabr ayının ilk günlərində region ölkələrinin hava şəraiti Atlantika siklonlarının təsiri altında olacaq.

Axar.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, qonşu Türkiyə və Rusiyanın cənubunda siklonlarla bağlı soyuq atmosfer cəbhələrinin keçməsi müəyyən fəsadlar törədib:

“Azərbaycana yaxınlaşan soyuq atmosfer cəbhəsi əvvəlcə qış fəsli üçün o qədər də səciyyəvi olmayan cənub-qərb küləyinin güclənməsinə səbəb olacaq.

Adətən daha səs-küylü olan cənub-qərb küləyi 15-20, arabir 23-28 m/s-dək güclənəcək. Dekabrın 1-i gündüz isə güclü şimal-qərb küləyi ilə əvəz olunacaq. Küləyin maksimal sürətinin 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Güclü küləkli hava şəraiti dekabrın 2-i səhərədək davam edəcək. Müqayisə üçün bildirək ki, noyabr ayı ərzində bundan daha şiddətli küləklər müşahidə olunub. Buna baxmayaraq, həmişə olduğu kimi, güclü küləkli hava şəraitində əhaliyə daha diqqətli olmaq məsləhət olunur".

Xidmət rəisinin sözlərinə görə, bu gün və sabah atmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əlverişsizdir:

“Yağıntının dekabrın 1-dən şimal və qərb rayonlarından başlayacağı, bəzi rayonlarda intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayın 2-də gündüz yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Dekabrın 1-də gündüzədək cənub-qərb küləyinin üstünlüyü temperaturun normadan yüksək olmasına səbəb olacaq, lakin ayın 2-də havanın temperaturu 5-8 dərəcə aşağı enəcək”.

Tarix
2021.11.30 / 15:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla