Yuxarı

İsmayıl Dəmir Azərbaycana başsağlığı verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsmayıl Dəmir Azərbaycana başsağlığı verdi

Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində qəzaya uğraması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Axar.az xəbər verir ki, Prezident Administrasiyasının rəsmisi bununla bağlı özünün Tvitterdəki hesabında yazıb.

“Can Azərbaycanda bu gün hərbi helikopter qəzasında şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm.

Azərbaycanlı qardaşlarımızın başı sağ olsun”, - İsmayıl Dəmir sosial şəbəkədə yazıb.

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 zabit həlak olub, 2 zabit yaralanıb.

Tarix
2021.11.30 / 23:23
Müəllif
Axar.az
Digər xəbərlər

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla