Yuxarı

"Azercell"in dəstəklədiyi şagirddən yüksək nəticə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azercell"in dəstəklədiyi şagirddən yüksək nəticə

Azərbaycanlı məktəblilər beynəlxalq bilik yarışmasında növbəti dəfə uğur qazanıblar. Bolqarıstanın Şumen şəhərində onlayn formatda təşkil edilən informatika fənni üzrə 13-cü payız turnirində Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fidan Hüseynova gümüş medal əldə edib. Noyabrın 24-29-da keçirilən olimpiadaya aşağı yaş qrupu üzrə 15 ölkədən 168 məktəbli qatılıb.

Axar.az xəbər verir ki, azərbaycanlı məktəblinin bu uğurunda ölkəmizdə təhsilin inkişafına yönələn layihələri hər zaman dəstəkləyən Azercell Telekom MMC-nin də böyük rolu var. Belə ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən Azərbaycan Respublikası Təhsil İnstitutu və Azercell Telekom MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. İstedadlı şagirdlər "Azercell"in dəstəyi ilə təşkil olunan xüsusi mərkəzlərdə İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşaraq, öz elmi potensiallarını nümayiş etdirə bilirlər.

Xatırladaq ki, 2017-ci ildən etibarən Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı Azercell Telekom MMC-nin dəstəyi ilə məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək, 1 qızıl, 7 gümüş və 18 bürünc olmaqla, ümumilikdə 26 medal əldə ediblər.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2021.12.01 / 10:15
Müəllif
Axar.az
Digər xəbərlər

Ramil Həsən Baxçalı ilə görüşdü: mühüm müzakirə... - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla