Yuxarı

Laçına media-tur təşkil edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyi Laçın rayonunun azad olunmasının birinci ildönümü ilə bağlı media-tur təşkil edib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, kütləvi informasiya vasitələrinin nümayəndələri Laçın rayonu ərazisində dislokasiya olunan hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitləri ilə tanış olublar.

Hərbçilərimizin gündəlik fəaliyyəti, azad olunan ərazilərdə aparılan xidmətin məsuliyyəti, həmçinin Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələrini ictimaiyyətə çatdırmaq məqsədilə hərbi qulluqçulardan müsahibələr alınıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində yaradılan şəraitdən məmnunluq ifadə edən hərbi qulluqçular burada rahat xidmət apardıqlarını bildiriblər.

Hərbçilərimiz azad olunmuş torpaqlarımızda xidmət etməkdən qürur duyduqlarını və döyüş növbətçiliyində hər zaman ayıq-sayıq durduqlarını ifadə ediblər.

Tarix
2021.12.01 / 11:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla