Yuxarı

Millət vəkili bu portreti TÜRKSOY-a bağışladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Aşıq Ələsgərin 200 illik yubileyi münasibəti ilə TÜRKSOY-da keçirilən tədbirdə geniş məruzə ilə çıxış edib.

Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Aşıq Ələsgərin 200 illik yubileyi münasibəti ilə TÜRKSOY-da keçirilən mərasimdə, o cümlədən “Aşıq Ələsgərin seçilmiş şeirləri” kitabının təqdimat mərasimində çıxış edib.

Axar.az xəbər verir ki, TÜRKSOY Mərkəzi Qərargahında keçirilən tədbirin rəsmi hissəsində çıxış edən Qənirə Paşayeva 2021-ci ildə Azərbaycan aşıq sənətinin klassiki, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamından irəli gələn vəzifələr çərçivəsində görülən işləri yüksək dəyərləndirib.

Aşıq Ələsgər yaradıcılığının önəmi, söz və saz sənatkarının fəaliyyətinin araşdırılması, Azərbaycanda Aşıq Ələsgər yaradıcılığına, ümumən aşıq sənətinə və onun inkişafına göstərilən diqqət və qayğıdan söz açan Komitə sədri Aşıq Ələsgər yaradıcılığının türk dünyasında daha geniş tanıdılmasının vacibliyinə toxunulub.

Komitə sədri Dədə Ələsgərin Göyçədə erməni işğalında qalan məzarından da danışıb. O deyib ki, Göyçədə, Zəngəzurda, İrəvandakı tarixi abidələrimiz, qəbirlərimiz Qarabağda olduğundan daha betər erməni vandallığına məruz qalıb.

Q.Paşayeva çıxışının sonunda xalq rəssamı Arif Hüseynovun Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş "Azərbaycan aşıq sənəti" adlı sərgidə nümayiş olunan və aldığı əsərlərdən birini - Aşıq Ələsgərin miniatür portretini TÜRKSOY-a bağışlayıb.

Tarix
2021.12.01 / 14:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla