Yuxarı

Laçında ağacəkmə aksiyası keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Laçında ağacəkmə aksiyası keçirildi

Laçın şəhərinin işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə Laçında genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.

Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində Laçının Güləbird kəndinin iki müxtəlif ərazisində 2500-ə yaxın müxtəlif cinsli ağac əkilib, 500 kiloqrama yaxın palıd toxumu səpilib.

Doğma torpağa qayıdış münasibətilə keçirilən tədbirdə Ekologiya və Təbii Sərvətlər, Müdafiə və Daxili İşlər nazirliklərinin müvafiq bölmələrinin nümayəndələri, Azərenerji Açıq Səhmdar Cəmiyyətinin yerli qurumunun əməkdaşları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, Ermənistanın işğalçı ordusu tərəfindən məhv edilmiş yaşıllıq massivlərinin yenidən bərpasına nail olmaq məqsədilə Laçında, o cümlədən işğaldan azad olunmuş bütün ərazilərdə ağacəkmə kampaniyaları davam etdiriləcək.

Tarix
2021.12.02 / 10:49
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla