Yuxarı

"İstiqlal" erməniləri susdurdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"İstiqlal" erməniləri susdurdu

Son vaxtlar cəbhədə vəziyyət dahada gərginləşib.

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun cəbhə kəndlərindən olan Əlbəylidə fəallaşması daha qabarıq hiss olunmaqdadir.

Rəhimovlar ailəsinin evi kəndin yüksək yerində yerləşdiyindən bu ərazi atəşə daha çox məruz qalan yerlərdəndir. Elə evin sakinlərindən biri Etibar Rəhimov bizi atəşin gəldiyi ünvana aparmaq istəyirdi ki, qəfil açılan atəş səsləri bizi həmin əraziyə getməkdən çəkindirdi.

Atışma bizə tərəf ünvanlandığından cəld ərazini dəyişməli olduq. Havanin çiskin olmasına baxmayaraq, bu vəziyyəti seyr etmək heçdə xoş olmasa da özümüzü bir anlıq bu ərazidə, yəni təmas xəttinə yaxın yaşayanların yerində təsəvvür etmək istədik. Lakin bu elədə asan olmadı. Bir təhər güllələrdən yayınaraq qarşı tərəfin mövqelərindən asan görünən ərazini tərk etdik.

Atışmanın şiddətləndiyi vaxt isə kənd sakinləri daldalanmaqdan başqa çarələri qalmır.

Kənd sakinlərinin sözlərinə görə, yeni ili də atəş altında keçirməli olub. Ermənilər bütün növ silahlardan kəndi atəş altında saxlayır.

Qeyd edək ki, Azərbaycan silahlı qüvvələri düşmən tərəfi susdurmağı bacardı.

Buna ən yaxşı cavabı isə hərbçilərimizin yerli istehsal olan "İstiqlal"dan açdığı atəş olur. (ANS)

Tarix
2014.01.10 / 01:07
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla