Yuxarı

Sakinlər DAD-dan dad edirlər... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sakinlər DAD-dan dad edirlər... - Video

DAD MMC-nin Quba və Qusar rayonlarından olan sakinləri əmək haqlarını ala bilmədikləri üçün bir araya toplaşıblar.

Axar.az Real TV-yə istinadən xəbər verir ki, Qubanın Dəlləkli kəndində yerləşən və meyvə istehsalı ilə məşğul olan MMC aylardır yüzlərlə vətəndaşın əmək haqqını ödəmir. Bundan narazı olan sakinlər deyir ki, ötən ilin senytabr-noyabr aylarında cəmiyyətdə müxtəlif işlərdə çalışıblar. Onlara söz verilib ki, ən geci il sonuna kimi əmək haqlarını alacaqlar. Lakin sözünün ağası olmayan cəmiyyət rəhbərliyi 1 ildən artıqdır sakinlərə bu gün–sabah deyə-deyə ancaq vəd verməklə məşğuldur. Bu səbəbdən də vətəndaşlar sözün əsl mənasında DAD MMC-nin əlindən dada gəliblər.

Şikayətçi vətəndaşların sözlərinə görə, MMC rəhbərliyi maaşları gecikdirməklə yanaşı, onları əmək müqaviləsi bağlamadan işlədib. Baxmayaraq ki, işə qəbul olunan zaman sakinlərə bununla bağlı söz verilib.

Vətəndaşların şikayəti ilə bağlı DAD MMC-nin də mövqeyini öyrənmək istədik. Lakin MMC rəhbərliyi danışmaq əvəzinə susmağa üstünlük verdi.

Tarix
2021.12.07 / 00:45
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla