Yuxarı

Narkotiki torpağa basdıran şəxs saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Narkotiki torpağa basdıran şəxs saxlanıldı

Astara rayonunda torpağa basdırılmış 1 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə şübhəli bilinən rayonun Züngüləş kənd sakini Alim İmaməliyev saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsində torpağa basdırılmış bir ədəd balonun içərisindən təmiz çəkisi 1 kiloqram 100 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla onun həmin narkotik vasitəni Astara rayonunun Şovaş kənd sakini Bəyəli Şahmarovdan əldə etdiyi müəyyən edilib və həmin şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2021.12.07 / 12:36
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla