Yuxarı

SOCAR-ın dənizdə çalışan 82 əməkdaşı təxliyə olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR-ın dənizdə çalışan 82 əməkdaşı təxliyə olundu

Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı bütün açıq istehsalat sahələrində, xüsusən də dəniz özüllərində aparılan işlər məhdudlaşdırılıb və təhlükəsizlik tədbirləri gücləndirilib.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, dənizdə çalışan 82 əməkdaş təxliyə olunub:

“Onlar hava şəraiti normallaşandan sonra normal əmək fəaliyyətinə qayıdacaqlar”.

Xatırladaq ki, bu gün Bakıda və Abşeron yarımadasında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək, axşam cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə və gündüz 1-3° isti, Bakıda gecə və gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq. Güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-4° şaxta, yüksək dağlıq ərazilərdə gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq.

Tarix
2022.01.14 / 10:46
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenskinin Trampa cavabı gülüş doğurdu - Video

Qalina Mehdiyeva hələ də vergi borcunu ödəməyib

Putinə zəng edəcəm, müharibəni bitirmək istəyir - Tramp

Bu, Türkiyənin gücünü və nüfuzunu bir daha təsdiqlədi

Onları Azərbaycan və Ermənistan kimi barışdıra biləcəyəm

Onların ölkəyə qaytarılması üçün sistemli iş aparılır - Nazir

Onlar Azərbaycan vətəndaşlığından məhrum ediləcək!

Əliyev İordaniya baş nazirinin müavinini qəbul etdi

Ermənistanın Azərbaycanla sərhəddə sülhə risk yaradan təlimi

İş üçün Rusiyaya gedənlərin nəzərinə: Qaydalar dəyişir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla