Yuxarı

Şəmkirdə müəllimlər bağçaya odun daşıyır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəmkirdə müəllimlər bağçaya odun daşıyır - Foto

Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən 4 saylı uşaq bağçası və körpələr evində istilik sistemi yoxdur. Bu səbəbdən müəllimlər bağça və körpələr evini isitmək üçün odun daşıyırlar. Çinarlı qəsəbəsində işıq və qaz olduğu halda, təhsil müəssisələrində müəllim və şagirdlər soyuqdan əziyyət çəkirlər.

Bu barədə Axar.az-a daxil olan şikayətdə bildirilib ki, sözügedən qəsəbə Şəmkir şəhər mərkəzinə yaxındır. Uşaq bağçası Şəmkir rayon İH-nin yerli icra nümayəndəliyinin və bələdiyyənin 40-50 metrlik məsafəsində yerləşir.

Məsələ ilə bağlı Şəmkir Rayon İH-dən saytımıza bildirilib ki, yanvarın 1-dən etibarən uşaq bağçaları yerli təhsil şöbələrinin balansına verilib.

Şəmkir rayon Təhsil Şöbəsindən saytımıza verilən açıqlamada isə qeyd olunub ki, bağçadakı problemlə bağlı rayon təhsil şöbəsinə yazılı müraciət olmalı, bundan sonra məsələ araşdırılmalıdır:

“Təhsil şöbəsi olaraq bağçaları tam şəkildə təhvil almamışıq. Hələ ki, bu proses gedir”.

Mövzu ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərilib.

Tarix
2022.01.14 / 15:24
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Prezident və xanımı Bakıda sərgidə...

Sərkisyan çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?

MM Anım Günü ilə əlaqədar Bəyanat qəbul etdi

Milli Məclisin iclası başladı

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla