Yuxarı

Azərbaycanda orta aylıq əmək haqqı artdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda orta aylıq əmək haqqı artdı

Ötən il dekabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,4 min nəfər və yaxud 1,2% artaraq 1 704,9 min nəfər olub.

Bu barədə Axar.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, onlardan 905,7 min nəfəri iqtisadiyyatın dövlət, 799,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,5%-i təhsil, 18,6%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 13%-i sənaye, 8,1%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,4%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 13,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2021-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9% artaraq 724,1 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Tarix
2022.01.14 / 15:46
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla