Yuxarı

Ağdama gedərkən yoldan çıxmayın - ANAMA

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdama gedərkən yoldan çıxmayın - ANAMA

ANAMA tərəfindən Ağdam və Şuşa şəhərlərində ərazilərdə mina təmizləmə əməliyyatları həyata keçirilir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini Samir Poladov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Şuşa şəhərində mina problemi yoxdur:

“Orada ANAMA mütəxəsislərinin və müvafiq qurumların tövsiyələrinə riayət etməklə hərəkət təmin oluna bilər.

Lakin Ağdamda mina və digər təhlükəli vasitələr aşkarlanıb. Bir çox ərazilər təmizlənib. Lakin yollardan çıxılarsa, təhlükələrə məruz qalma olar. Vətəndaşlar dayanacaqlardan kənara çıxmamalıdır. Rayon ərazisində əsasən Ermənistan istehsalı minalar aşkarlanıb. Ərazilərdə çoxlu sayda məlumatlandırıcı lövhələr quraşdırılıb”.

O bildirib ki, 1991-ci ildən bu günə qədər Ağdamda 51 yaşayış məntəqəsində mina hadisələri qeydə alınıb:

“Bu günə qədər mina səbəbilə Ağdamda 21 ölüm hadisəsi qeydə alınıb. Bu gün ANAMA tərəfindən çoxlu yol təmizlənib. Təhlükəsiz səfərlər təşkil etmək olar”.

Tarix
2022.01.18 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla