Yuxarı

Şuşaya hamı gedə bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşaya hamı gedə bilər

Hər bir şəxs hələlik il ərzində yalnız bir dəfə işğaldan azad olunmuş ərazilərə səfər edə biləcək.

Axar.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, sərnişinlər bilet alarkən bunu nəzərə almalıdırlar:

“Nəzərə alaq ki, getmək istəyən çoxdur. Buna görə bilet alınan zaman Şuşa, yaxud Ağdama getmək istədiklərinə qərar versinlər. Marşrut xəttinə maraq nəzərə alınaraq, daha sonra səfərlərin sayında dəyişiklik edilə bilər”.

Rəhman Hümmətov əlavə edib ki, bu səfərlər turizm məqsədi daşımır:

“Bəli, bir çoxları evlərini görməyi arzu edir. Lakin səfərlər müəyyən edilmiş marşurut xətti üzrə təşkil olunacaq. Səfər çərçivəsində hazırlanmış proqramdan çıxmaq qadağandır. Biletlər əvvəlcədən gediş-dönüş olaraq alındığı üçün vətəndaşların həmin ərazilərdə qalmaq imkanı olmayacaq”.

Tarix
2022.01.18 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla