Yuxarı

Bakıdakı bu məşhur restoranlar cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdakı bu məşhur restoranlar cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində 2022-ci il yanvarın 18-də ölkə üzrə 432 ictimai iaşə obyektində 766 monitorinq keçirib.

AQTA-dan Axar.az-a verilən məlumata görə, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 162 ünvanında yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus “Pakdad” kafesi;

2. Bakı şəhəri, Səbail rayonu, Kiçik Qala küç., ev 66 ünvanında yerləşən, hüquqi şəxs “Burc” MMC-yə məxsus “Burc Qala” restoranı;

3. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəs., A. İldırım küç., ev 38 ünvanında yerləşən, fiziki şəxs Fazilova Nərminə Anatolu qızına məxsus “Kaffeine Coffee House” kafesi;

4. Şirvan şəhəri, 1 May küçəsində yerləşən, fiziki şəxs Rüstəmli Şaiq Lazər oğluna məxsus yeməkxana.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Tarix
2022.01.19 / 21:17
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

Prezident Kestutis Budrisi qəbul etdi

Zorludan təklif: Naxçıvanda keçirək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla