Yuxarı

Xalq şəhidlərini anır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq şəhidlərini anır - Foto

Bu gün Azərbaycan xalqının milli oyanış hərəkatının, azadlıq mübarizəsinin ən qanlı və ən şanlı hadisəsindən - 1990-cı ilin 20 Yanvar hadisələrindən 32 il ötür.

Axar.az xəbər verir ki, hazırda dövlət və hökumət nümayəndələri, xarici ölkə səfirliklərinin nümayəndələri, ictimaiyyət təmsilçiləri, ziyalılar, QHT sektorunun təmsilçiləri, tələbələr və ictimai rəy liderləri, hərbçilər, qazilər, bir sözlə, Azərbaycan xalqının bütün təbəqələrini əhatə edən insan izdihamı 20 Yanvar şəhidlərinin uyuduğu Şəhidlər Xiyabanına axışır.

İnsanlar qərənfillərlə, tər çiçək dəstələri və əklillərlə şəhidlərimizin uyuduğu əbədi and yerimizə axın edirlər.

Onlar matəm musiqisinin sədaları altında 32 il əvvəl baş verən hadisələri yenidən xatırlayırlar. Şəhidlərimizin əziz ruhunu ehtiramla yad edir, onların ruhuna dualar oxuyurlar. Məzarları önündə baş əyirlər.

Tarix
2022.01.20 / 11:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla