Yuxarı

Paşinyan 20 Yanvar Şəhidlərini belə yad etmişdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan 20 Yanvar Şəhidlərini belə yad etmişdi - Video

Ermənilərə məxsus “Armvoice” teleqram kanalı Ermənistanın Baş naziri Nikol Paşinyanın illər öncə “Molorak” qəzetində bir jurnalist olaraq yazdığı məqaləni üzə çıxarıb.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, Ermənistanda sensasiyaya səbəb olmuş həmin məqalədə Paşinyan 20 yanvar 1990-cı il tarixində Bakıda öldürülən insanları yad edib.

11 fevral 1998-ci il tarixli “Ermənilər və azərbaycanlılar xoşbəxt xalqdır” başlıqlı məqalədə Nikol Paşinyan Azərbaycan və Türkiyənin günahsız qurbanlarından bəhs edib. Ovaxtkı jurnalist Nikol Paşinyan yazıb ki, hər dəfə söhbət günahsız azərbaycanlı və türklərin öldürülməsindən gedəndə ermənilərin düşüncə tərzində dəyişiklik baş verir:

"Niyə Azərbaycan və Türkiyənin günahsız qurbanlarından söz düşəndə ermənilər bunu qəbul etmir, onların ovqatı təlx olur?"

Paşinyan məqaləni bu sətirlərlə bitirib: "20 yanvarda 1990-cı illərin Bakı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdim".

Qeyd edək ki, Nikol Paşinyanın üzə çıxarılan məqaləsi Ermənistanın müxalifət kəsimi tərəfindən hiddətlə qarşılanıb.

Xatırladaq ki, Nikol Paşinyan 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində “Oragir” və "Haykakan Zhamanak” qəzetlərinin müxbiri və redaktoru olub.

Tarix
2022.01.21 / 00:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla