Yuxarı

Kəlbəcər yolu buz bağladı, 13 dərəcə şaxta var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Axar.az-a verilən məlumata görə, “Zəfər yolu”nda yağıntı yoxdur, marşrut boyu 4-10 dərəcə şaxta var. Hazırda yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Toğanalı-Kəlbəcər-İstisu yolu - Yağıntı yoxdur, Toğanalı kəndi ərazisində 12-13 dərəcə, Murovdağ yüksəkliyində 19-23 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı tədbirlər görülür. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Quba-Bakı yolu - Yağıntı yoxdur, Xınalıq kəndi ərazisində 10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkəti təmin olunur.

Giləzi-Xızı yolu - Yağıntı yoxdur, 5-7 dərəcə şaxta var. Qum-duz səpilərək, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.

Qobustan-Şamaxı yolu- Yağıntı yoxdur, Qobustan rayonu ərazisində 6-8 dərəcə şaxta var. Qum-duz səpilərək, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.

Şamaxı-Muğanlı yolu - Yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 9-10 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı tədbirlər görülərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Muğanlı-Ağsu, Muğanlı-İsmayıllı yolu - Yağıntı yoxdur, marşrut boyu 8-10 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı tədbirlər görülərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunur

İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolu - Yağıntı yoxdur, İsmayıllı və Qəbələ rayonları ərazisində 6-8 dərəcə, Oğuz və Şəki rayonları ərazisində 5-7 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunur.

Şəki-Qax-Zaqatala yolu- Yağıntı yoxdur, marşrut boyu 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Şəmkir-Gədəbəy yolu -Yağıntı yoxdur, Gədəbəy rayonu ərazisində 12-14 dərəcə, Şəmkir rayonu ərazisində 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Gəncə-Daşkəsən yolu- Yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Ələt-Astara yolu- Yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Hazırda yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Masallı-Yardımlı , Lənkəran-Lerik yolu- Yağıntı yoxdur. Yardımlı rayonu ərazisində 8-9 dərəcə, Lerik rayonu ərazisində 3-4 dərəcə şaxta var. Hazırda yollarda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Bakı-Ələt-Hacıqabul-Ucar-Yevlax-Gəncə-Qazax yolu- Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Hacıqabul-Bəhramtəpə-Horadiz yolu- Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.

Tarix
2022.01.21 / 10:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla