Yuxarı

Karantini pozan şadlıq sarayının sahibi həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karantini pozan şadlıq sarayının sahibi həbs olundu

Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə polis bölməsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Göytəpə şəhəri ərazisində yerləşən “Yaşar” şadlıq sarayında təşkil edilən şənlik mərasimində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, aşkarlanan hallarla bağlı həmin şadlıq sarayının sahibi İltizam Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Tarix
2022.01.22 / 17:34
Müəllif
Axar.az
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla