Yuxarı

Balakəndə qəssab narkotiklə tutuldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Balakəndə qəssab narkotiklə tutuldu - Foto

Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər tutularaq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, keçirilən ilk əməliyyat-axtarış tədbiri nəticəsində Tülü kənd sakini Dinar Seyidov saxlanılıb və şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb. Aparılan araşdırma zamanı rayon bazarında qəssablıq fəaliyyəti ilə məşğul olan Dinar Seyidovun narkotik vasitəni Əli adlı müştərisindən 50 manata aldığı məlum olub.

Davam etdirilən tədbirlərlə həmin şəxsin Talalar kənd sakini, əvvəllər də eyni əmələ görə məhkum edilmiş Əli Əhmədov olduğu müəyyən edilib və o, saxlanılaraq şöbəyə gətirilib.

Şəxsi axtarış zamanı Əli Əhmədovdan marixuana aşkarlanıb. Onun kənddə yaşadığı ünvana baxış keçirilərkən isə evin zirzəmisindəki mürəbbə bankalarının arasında 5 şüşə qaba yığaraq gizlətdiyi narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də çətənə bitkisinin hissələri aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
2022.01.24 / 09:13
Müəllif
Axar.az
Digər xəbərlər

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla