Yuxarı

Bakıda bu küçədə hərəkət birtərəfli oldu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu küçədə hərəkət birtərəfli oldu - Video

Bakının Nərimanov rayonunun Əlicabbar Orucəliyev küçəsində hərəkət birtərəfli təşkil edib.

Bu barədə Axar.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumatda deyilir ki, nizamsız nəqliyyat şəraiti, pərakəndə parklanma və piyadaların rahat hərəkəti üçün əlverişsiz vəziyyət müşahidə edilən küçədə yenidənqurma işləri aparılıb. Burada yolun zəif buraxıcılıq qabiliyyəti, yol nişanlarının çatışmazlığı, nişanlanma xətlərinin olmaması davamlı nəqliyyat axınına ciddi maneələr yaradırdı. Kompleks təhlillərə əsaslanan layihəni Agentliyin təklifləri əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi icra edib.

Heydər Əliyev prospektindən Təbriz küçəsi istiqamətində sıxlığın və nizamsızlığın aradan qaldırılması üçün hərəkət birtərəfli təşkil edilib.

7 məntəqədə nizamlanmayan eyni səviyyəli piyada keçidləri, 120 avtomobil üçün parklanma yerləri təşkil edilib, səkilərin bəzi hissələrində genişləndirmə işləri aparılıb, müvafiq yol nişanları quraşdırılıb və nişanlanma xətləri çəkilib.

Nəticədə küçənin buraxıcılıq qabiliyyəti artıb, parklanma şəraiti tənzimlənib, əlçatanlıq səviyyəsi artıb, piyadaların təhlükəsizliyi və rahatlığı təmin olunub.

"Sürücülərdən yol hərəkəti qaydalarına riayət etməyi, Təbriz küçəsindən Heydər Əliyev prospektinə yönəlmək istəyərkən İzzədin Həsənoğlu, Aşıq Molla Cümə, Mirzəbala Əhmədzadə, Ağa Nemətulla kimi digər alternativ küçələrdən istifadə etməyi tövsiyyə edirik", - deyə Agentliyin açıqlamasında qeyd olunub.

Tarix
2022.01.24 / 09:43
Müəllif
Axar.az
Digər xəbərlər

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla