Yuxarı

Karantin qaydalarını pozan sürücülər cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karantin qaydalarını pozan sürücülər cərimələndi

İctimai nəqliyyatda karantin qaydalarını pozan 20-dən çox şəxs cərimələnib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması, xüsusi karantin rejiminin tələblərinə ictimai nəqliyyatda riayət olunmasına nəzarət məqsədilə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən növbəti nəzarət-profilaktiki tədbirlər həyata keçirilib.

Marşrut və taksilərdə sürücü və sərnişinlərin gigiyenik vasitələr həmçinin sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb. Tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər, nəqliyyat vasitəsinə normadan artıq sərnişin götürənlər, eyni zamanda COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlar aşkarlanaraq barələrində inzibati protokollar tərtib edilib.

Astara RPŞ-nin əməkdaşları tərəfindən karantin rejim qaydalarına nəzarətlə bağlı tədbirlər eyni zamanda mağaza, market və digər qapalı məkanlarda da həyata keçirilib.

Ümumilikdə karantin rejim qaydalarını pozan 20-dən çox şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.

Tarix
2022.01.25 / 19:25
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ərazilərin azad olmasını istəyirik - İlham Əliyev

Ukraynaya yardım üçün əlimizdən gələni edirik

İlham Əliyev ABŞ-İran münaqişəsindən danışdı

Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır

Bu, tamamilə aradan qaldırılmalı, ləğv edilməlidir!

ABŞ Konqresinin Azərbaycana qarşı ədalətsiz addımı...

Bu baş versə, ölkəmizdə heç kəs bunu hiss etməyəcək

Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət...

Qonşularımızla əlaqələrimiz əladır - İlham Əliyev

Azərbaycan Avropa Şurasından tam çıxmağı nəzərdən keçirir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla