Yuxarı

Tələbələrin köçürülməsi niyə dayandırılıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tələbələrin köçürülməsi niyə dayandırılıb?

Əvvəlki illərdə qış tətili dövründə həyata keçirilmiş tələbə köçürmələrinin təhlili göstərir ki, bütün bu prosedurlar çox zaman tələb edir və yaz semestrinin başlanğıcında köçürülmüş tələbələrin bir qisminin yeni ali təhsil müəssisəsi və ya ixtisasda dərslərə başlaması problemə çevrilir.

Axar.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, köçürülmə prosesinin gec başa çatması təqaüd alacaq tələbələrin müəyyən olunmasını da çətinləşdirir.

"Belə ki, köçürülən tələbənin də köçürüldüyü ATM-də təqaüd ala biləcək tələbələrin siyahısına düşmək imkanı var. Hazırkı dövrdə pandemiya səbəbindən ali təhsil müəssisələrindən tədrisin iki həftə gec başlanması, imtahan sessiyası və tətil müddətinin sıxışdırılması tələbə köçürmələri zamanı, həmçinin təqaüd alacaq tələbələrin müəyyən olunmasında gecikmələrin daha çox artacağını proqnozlaşdırır. Təhsil prosesinin davamlılığını təmin etmək, tələbələrin köçürülmə prosesi zamanı onların təhsillərində meydana çıxa biləcək fasilənin ortadan qaldırılması məqsədilə bu ilin qış tətili müddətində tələbə transferi həyata keçirilməyəcək. Bir daha qeyd etmək istəyirik ki, tələbələrin bərpası prosesi əvvəlki qaydada davam edəcək", - N.Məmmədli qeyd edib.

Tarix
2022.01.25 / 20:26
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla