Yuxarı

Yayılan videoya görə müəllimə töhmət verildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:03

Şagirdlərin sinif otağında müəllimə qarşı qeyri-etik hərəkəti ilə bağlı yayılmış görüntülərin hansı məktəbdə baş verdiyi məlum olub.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə Bakının 165 saylı orta məktəbində, coğrafiya fənnindən dərs keçən 43 ilin müəllimi Nərgiz İsmayılovanın dərsində baş verib.

Əldə etdiyimiz məlumata görə, videoda sözügedən şagirdlər dünən gecə polislər tərəfindən saxlanılıb və izahatları alınıb.

Məktəbin direktoru Vüqar Məmmədov isə hazırda Bakı Şəhər Təhsil İdarəsinə çağrılıb.

165 nömrəli tam orta məktəbdən verilən məlumata görə, fənn müəlliminə töhmət verilib

Qeyd edək ki, sözügedən videoda şagirdlərdən biri ayaqlarını partanın üzərinə qoyur, digəri isə müəllimin arxasında dayanaraq portretlərlə lağlağı edir. Eyni zamanda, sinif otağındakı stulların üzərində kriminal avtoritetlərdən birinin adı yazılıb və oğru dünyasına aid simvollar çəkilib. Bu görüntülər ciddi müzakirələrə yol açıb və müəllimə qarşı hörmətsizlik kimi qiymətləndirilib.

Bundan əlavə partaların üzərində Rövşən, Nihad, Quli, Elmir adları da açıq görünür.

Dünən məsələ ilə bağlı Təhsil Nazirliyi görüntülərin Azərbaycan məktəblərində olmasının təsdiqini tapmadığını bildirərək, Təhsil Nazirliyi tərəfindən araşdırma aparılırdığını açıqlamışdı.

Tarix
2022.01.26 / 14:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla