Yuxarı

Yas mərasiminə görə 1 nəfər həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yas mərasiminə görə 1 nəfər həbs edildi

Bərdə polisi tərəfindən fərdi yaşayış evinin həyətində xüsusi karantin rejim qaydalarına zidd olaraq yas mərasiminin təşkili və keçirilməsinin qarşısı alınıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Belə ki, rayonun Xəsilli kəndində mərasimi təşkil edən Xudayar Allahverdiyevin əməlində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının tərkib əlamətləri olduğuna görə fakta görə Bərdə Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi cinayət işi başlanılıb.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bununla yanaşı, yas mərasimində çadır xidməti göstərən Eltaş Şəmsəddinli İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə müvafiq olaraq məhkəmənin qərarı ilə 8 sutka, dini ayinləri icra edən Ramiz Allahverdiyev və digər 10 iştirakçı barəsində müvafiq olaraq 200 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.

Tarix
2022.01.26 / 17:19
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla