Yuxarı

Baş Prokurorluqdan bu şəxslərə - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq dövlət qurumlarının adından saxta hesablar yaradan şəxslərə xəbərdarlıq edib.

Mətbuat xidmətindən Axar.az-a daxil olan məlumatda deyilir:

"Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən sosial şəbəkələr və kütləvi informasiya vasitələri üzrə aparılan daimi monitorinq nəticəsində feysbuk sosial şəbəkəsində Baş Prokurorluğun və bəzi tabe rayon (şəhər) prokurorluqlarının adından "fake” (saxta) hesabların açılması müəyyən edilib.

Bildiririk ki, Baş Prokurorluğun mavi nişan (blue sign) vasitəsi ilə təsdiqlənmiş feysbuk, instaqram, yutub, teleqram sosial şəbəkərindəki rəsmi səhifələrindən başqa hər hansı digər hesabları mövcud deyildir.

Odur ki, vətəndəşlarımızdan ayıq-sayıq olmaqla yalnız rəsmi sosial media səhifələrimizi izləməyi tövsiyə edirik.

Eyni zamanda, dövlət qurumlarının adından saxta hesabların yaradılmasının yolverilməzliyi barədə xəbərdar etməklə bu kimi neqativ hallara yol vermiş şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilir.

Baş Prokurorluğun sosial şəbəkələrdəki rəsmi səhifələri:

Feysbuk səhifəsi – (link: //www.facebook.com/prokurorluq/)

İnstaqram səhifəsi – (link: //www.instagram.com/prokurorluq/)

Teleqram kanalı – (link: //t.me/prokurorluq)

Yutub kanalı – (link: //www.youtube.com/user/prokurorluq)

Tvitter səhifəsi – (link: //twitter.com/prokurorluq)”.

Tarix
2022.01.26 / 17:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla