Yuxarı

“Azəriqaz” rəhbərliyi sahibkarlarla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəriqaz” rəhbərliyi sahibkarlarla görüşdü

Mingəçevirdə sənaye xəttinin mövcud olmaması sahibkarlıq subyektlərinə ciddi çətinlik yaradır.

Axar.az xəbər verir ki, bu sözləri Mingəçevir Sahibkarlar Konfederasiyasının sədri Vaqif Həsənov “Azəriqaz” İstehsalat Birliyinin (İB) rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində Mingəçevir sahibkarları ilə keçirilən görüşündə bildirib.

Aksiyada birliyin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov tərəfindən istər sahibkarların, istərsə də adi vətəndaşların problemləri dinlənilib və onlara yerindəcə izahatlar verilib. Ümumilikdə 38-ci, sahibkarlarla isə 17-ci dəfə təşkil olunan aksiyada Mingəçevir şəhər sakini, 3-cü qrup əlil Aynaxanım Məmmədova təbii qaza görə yaranan borcu ödəməkdə çətinlik çəkdiyi üçün fərdi yaşayış evinə quraşdırılan əvvəlcədən ödənişli sayğacın sonradan ödənişli sayğacla əvəz olunmasını xahiş edib.

Aksiyada yalnız Mingəçevir şəhərindən deyil, ətraf rayonlardan da vətəndaşlar iştirak ediblər. Yevlax rayonunun Tanrıqulular kənd sakini Orxan Məmmədov fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Daxil olan bütün müraciətlər aidiyyəti üzrə qeydə alınıb. Görüşdə birliyin digər struktur bölmələrinin rəhbər şəxsləri ilə bərabər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər. Agentlik əməkdaşı “Azəriqaz” İB ilə birgə sahibkarlara bundan sonra da lazımi dəstəyin veriləcəyini bildirib.

Tarix
2022.01.26 / 22:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla