Yuxarı

Qarabağa sudaşıyan maşınlar göndərildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Azərsu Açıq Səhmdar Cəmiyyəti işğaldan azad edilmiş ərazilərdə, həmçinin içməli su çatışmazlığı problemi olan yaşayış məntəqələrində xidmətin keyfiyyətinin yüksəldilməsi və operativliyin artırılması məqsədilə tədbirləri davam etdirir. İşğaldan azad edilmiş ərazilərdə istismar işlərinin asanlaşdırılması və işçilərin əmək şəratinin yaxşılaşdırılması məqsədilə yeni nəqliyyat vasitələri alınaraq xidmət ərazilərinə yola salınıb.

Bu barədə Axar.az-a qurumdan məlumat verilib.

İşğaldan azad edilmiş ərazilərdə içməli su təchizatının yaxşılaşdırılması məqsədilə aparılan təxirəsalınmaz tədbirlər çərçivəsində ötən müddətdə 350-dək obyekt içməli su ilə təmin edilib. Su mənbələrindən uzaq və infrastrukturun mövcud olmadığı ərazilərin su təchizatı xüsusi sudaşıyan maşınlar vasitəsi ilə təmin edilib. Bu məqsədlə Azərsu Açıq Səhmdar Cəmiyyətinin nəqliyyat vasitələri əraziyə cəlb olunub. Xidmət ərazisinin getdikcə genişlənməsi və içməli suya tələbatın artması, həmçinin istismar olunan qurğuların əhatə dairəsinin genişlənməsi nəzərə alınaraq yeni nəqliyyat vasitələrinin alınması zərurəti yaranıb. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən xidmət sahələri üçün 6 pik-up tipli avtomobil, 18 ton tutumu olan 4 ədəd sudaşıyan maşın, 3 ekskovator və qəza-bərpa xidməti üçün 1 ədəd UAZ markalı nəqliyyat vasitəsi alınıb.

Bu nəqliyyat vasitələri işğaldan azad olunmuş Şuşa, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan rayonlarında, Hadrut qəsəbəsində xidməti istifadə üçün nəzərdə tutulub.

Bundan başqa, yay aylarında su çatışmazlığı müşahidə olunan yaşayış məntəqələrinə suyun çatdırılması məqsədilə əlavə maşınlar alınıb. Nəqliyyat və Xüsusi Texnika İdarəsinin parkında olan 8 ədəd 18 tonluq yeni sudaşıyan maşın regionlara göndərilib.

Tarix
2022.01.28 / 16:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla