Yuxarı

Səfər Mehdiyev ÜGT rəhbəri ilə görüşdü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrasiya regionunda gömrük sahəsində islahatlarla bağlı Azərbaycan gömrüyünün təcrübəsini hər zaman nümunə göstərirəm.

Axar.az xəbər verir ki, bu fikirləri Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya yanvarın 28-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevlə görüşündə səsləndirib.

Ali qonağı salamlayan DGK sədri Səfər Mehdiyev ÜGT ilə Azərbaycan gömrüyü arasında səmərəli və işgüzar münasibətlərdən məmnunluqla bəhs edib və bu əməkdaşlıq çərçivəsində Azərbaycan gömrüyünün inkişafına müxtəlif sahələrdə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Komitə sədri həyata keçirilən islahatlar, tətbiq edilən yeniliklər hesabına, ümumilikdə ötən il xarici ticarət dövriyyəsinin 11 milyard dollara qədəri "Yaşıl dəhliz" buraxılış sisteminin iştirakçıları tərəfindən gömrük orqanına gəlmədən, gömrük əməkdaşı ilə təmas olmadan həyata keçirilib.

Komitə sədri bütün gömrük-keçid məntəqələrinin ən müasir texniki nəzarət vasitələri, rentgen avadanlıqları ilə təmin olunduğunu, yeni gömrük-keçid məntəqələrinin inşa edildiyini bildirib.

Kunio Mikuriya Azərbaycanın bölgədə ticarət və nəqliyyat qovşağına çevrilməsi istiqamətində gömrük sistemindəki islahatların əhəmiyyətindən danışıb. Baş katib gömrük sahəsində əməliyyatların kağızsız texnologiyalarla, təmassız, rəqəmsal formatda həyata keçirilməsinin vacibliyini vurğulayıb və Azərbaycan gömrüyünün bu istiqamətdə əldə etdiyi təcrübənin nümunə təşkil etdiyini bildirib. DGK sədrinin güzgülü statistika ilə bağlı təşəbbüsünü təqdir etdiyinin diqqətə çatdıran Baş katib Azərbaycan gömrüyünün ÜGT-nin Avropa regionuna sədr müavinliyi dövründə uğurlu fəaliyyət göstərdiyini vurğulayıb, əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Tarix
2022.01.28 / 18:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla