Yuxarı

Məhəmməd Peyğəmbərin mövludu həftəsi başlayır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhəmməd Peyğəmbərin mövludu həftəsi başlayır - Video

Bu günlər İslam aləmində ən müqəddəs həftələrdən biri hesab olunur.

Cümlə müsəlmanların peyğəmbəri Məhəmməd (s.ə.s) mövludu məhz bu günlərə təsadüf edir. İslam tarixinə görə, dünyanın sonuncu peyğəmbəri Məhəmməd Hicri təqviminin 572-ci ilində dünyaya gəlib.

Din xadimi Hacı Şahin Həsənli: "Onun doğum tarixi ilə bağlı bir neçə günlük fərqi aradan qaldırmaq məqsədilə 1981-ci ildə Ayətullah Xomneyinin təklifi ilə, 1989-cu ildən isə Türkiyə Diyanət Vəqfi Peyğəmbərin doğumunu "Doğum həftəsi" altında bir həftə - Rəbiüləvvəl ayının 12-dən 17-dək bayram etməyi daha uyğun hesab edib. Bu fikir digər müsəlman ölkələri tərəfindən rəğbətlə qarşılanıb. Müsəlmanlar həmin həftəni dünyanın hər yerində bayram edirlər. Buna "Mövlud", yaxud "Mövlud bayramı" deyirlər.

Kiçik yaşlarından valideynlərini itirən Məhəmməd əmisi Əbu Talibin himayəsində böyüyüb. Qurana görə, Peyğəmbər adi insandır, möminlərə şəfqətli və mərhəmətlidir, yaxşı əməl sahiblərinə cənnətdən müjdə verən, pis əməl sahiblərini cəhənnəm əzabından xəbərdar edəndir, möminlərə onların özlərindən daha yaxındır. Allah onu insanlar arasından seçmiş, özünə rəsul-elçi etmiş, doğru yolu göstərən sonuncu rəhbərlik kitabı Quranla aləmlərə rəhmət olaraq peyğəmbər göndərmişdir.

Odur ki, Quranda buyurulur: "Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik".

Allah onu gözəl əxlaqına görə insanlara təqlid nümunəsi kimi vəsf edir:

"Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir. Peyğəmbərə iman gətirməklə, onun dediklərinə əməl etməklə, onu müqəddəs tutmaqla insan böyük savab qazanır, axirətdə yüksək dərəcələrə və əbədi səadətə nail olur".

Hicri təqvimin 635-ci ilində bəşəriyyətin sonuncu peyğəmbəri Məhəmməd dünyasını dəyişsə də, onun mövludu fəlsəfəsini onu sevənlər daha da genişləndirdilər. Məhəmməd Peyğəmbərin keçdiyi həyat yoluna bir daha nəzər salmaqla hər bir müsəlmən onun yüksək insani keyfiyyətlərindən, əxlaqı dəyərlərindən ibrət götürür, əməli saleh, xoşxasiyyətli, gözəl əxlaqlı olmağa çalışır. Adı gözəl, özü gözəl Peyğəmbərimiz kimi.

Tarix
2014.01.11 / 23:09
Müəllif
Axar.az
Digər xəbərlər

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla