Yuxarı

"Nestle" uşaq qidasından qurd çıxdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Nestle" uşaq qidasından qurd çıxdı - Video

Bakıda keyfiyyətsiz uşaq qidaları ilə bağlı daha bir fakt aşkarlanıb.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, “Nestle” uşaq qidasının içərisindən qurd çıxıb.

Valideyn Sevil Adıgözəlzadə bildirib ki, həmin yeməkdən sıyıq hazırlayarkən qurdu görüb:

“Mən bir neçə dəfə belə faktla qarşılaşmışam. Adətən bu, vaxtı keçmiş qidalarda yaranır. Bu məhsulun isə vaxtı bitməyib. Güman ki, ya tarixini dəyişiblər, ya da yemək standartlara uyğun hazırlanmayıb”.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, “Nestle” firması ilə bağlı şikayətlər olur:

“Hər bir məhsul istehsal, yararlılıq müddəti keçmədən elə bir şəraitdə saxlanıla bilər ki, o artıq təhlükəli mala çevrilər. Uşaq qidaları istehlakçıdan, istehsalçının masasına qədər nəzarətdə olmalıdır. Yəni harada, necə saxlanılır, gətirmə şərtləri nədir və s. bilinməlidir.

Görünür, həmin qida çox pis şəraitdə saxlanılıb. “Nestle”nin mallarından şikayətlər olur. Məsələn, iki il öncə ofisimizə “Nestle”nin kofesini gətirdilər. Amma məlum olmuşdu ki, həmin məhsul kofe yox, tamamilə suxari qırıntılarıdır. Şirkətə məktub yazsaq da, heç bir cavab verilmədi. “Nestle” dünyanın böyük şirkəti olsa da istehlakçıları saymır.

İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında qanuna görə bu cür məsələlərdə birbaşa cavabdeh şəxs satıcıdır. İstehlakçı belə hallarla qarşılaşdığı zaman “1003” qaynar xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidir”.

Qeyd edək ki, "Nestle" məhsullarını Azərbaycana "Veysəloğlu" şirkəti gətirir.

Tarix
2022.02.02 / 15:48
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla