Yuxarı

"Azəriqaz" rəhbərliyi Şəkidə vətəndaşlarla görüş keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Azəriqaz" rəhbərliyi Şəkidə vətəndaşlarla görüş keçirdi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin rəhbər şəxsləri Şəki şəhərində vətəndaşlarla görüş keçiriblər.

Axar.az xəbər verir ki, "Açıq mikrofon" aksiyası çərçivəsində keçirilən görüşdə vətəndaşlar qaz təchizatı ilə bağlı problemlərini səsləndiriblər.

Şəki şəhər sakini Qüdrət Bəkirov şəhərin 119A kvartal ərazisində övladı, 2-ci qrup həqiqi-hərbi xidmət əlili Ramiz Bəkirli üçün inşa etdirdiyi fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Vətən müharibəsinin iştirakçısı Pənah İsrafilov ucqar ərazidə yerləşən Baş Zəyzid kəndinin qazlaşdırılmayan bəzi hissələrinin təbii qazla təmin olunmasını xahiş edib.

Aksiyaya Qax rayonunun Əmbərçay kəndindən üz tutan Əhmədiyə Omarov bu kənddə “mavi yanacağ”ın olmadığını bildirib. Daxil olan bütün müraciətləri İstehsalat Birliyinin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov cavablandırıb.

Görüşdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Həsən Həsənov da qaz təchizatı ilə bağlı bir sıra məsələləri Birliyin məsul şəxslərinin diqqətinə çatdırıb.

Bu gün təşkil olunan aksiya sayca 40-cıdır.

Tarix
2022.02.02 / 17:29
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla