Yuxarı

Bu balıqlar bahalaşdı - Son qiymətlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ət bahalaşdıqdan sonra balıq qiymətlərində də artım müşahidə edilir. Vətəndaşlar növündən asılı olaraq balığın kilosunun 3-5 manat bahalaşdığını bildirirlər.

Axar.az xəbər verir ki, qiymət artımı əsasən dəniz balıqlarında özünü göstərir. Paytaxtdakı balıq dükanlarında apardığımız araşdırmaya görə, təsərrüfatda yetişdirilən balıqların qiyməti dəyişməyib. Farel balıqlarının qiyməti 11-13 manat, belamur 8 manat, sazan və xanı balığı 5-8 manatda qalıb.

Çay balıqlarının qiymətində isə artım müşahidə olunur. Əvvəllər 10-12 manata satılan çay balıqları hazırda 13-15 manatdır.

Neftçala rayonunda balıqçılıqla məşğul olan sakinlər saytımıza bildiriblər ki, damba və göl balıqlarının qiyməti artmayıb. Çay və dəniz balıqlarının qiymətinin bahalaşmasına əsas səbəb isə bəzi balıq növlərinin ovuna qoyulan qadağadır:

“Kefal balığının hələ mövsümü deyil. Bu səbəbdən satışda yoxdur. Lakin yaz aylarında kefal çıxacaq. Bu aylar hava şəraiti ilə əlaqədar balığın zəif çıxan vaxtıdır. Qıt vaxtlarında balıq həmişə baha olub. Fevralın 15-dən sonra balıq yenidən ucuzlaşa bilər. Hazırda kütüm balığının mövsümüdür. Dekabr ayından bəri kütümün qiyməti 13-14 manatdır. Bazar qiyməti ilə balıqçıların öz qiyməti arasında fərq olur. Bu səbəbdən balığı balıqçıdan almaq məsləhətdir”, - balıqçılar bildiriblər.

Tarix
2022.02.03 / 12:23
Müəllif
Aytəkin Qardaşova
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla