Yuxarı

Ən azı 2-3 həftəlik məktəblər bağlanmalıdır - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən azı 2-3 həftəlik məktəblər bağlanmalıdır - Ekspert

Omikron virusunun yayılma dairəsinin geniş olmasını, yoluxma sayında ciddi artımı nəzərə alaraq, ən azı 2-3 həftəlik məhz təhsil sahəsi üzrə qapadılmaya gedilməlidir.

Axar.az xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Ekspert bildirib ki, ölkədə gündəlik yoluxma sayı 6 mini keçib. Ancaq ümumtəhsil müəssisələrində dərslər davam edir, heç bir önləyici tədbir alınmır:

“Əvvəllər yenə də məktəblər iki həftəlik karantinə alınırdısa da, son vaxtlarda təhsil müəssisələrində yoluxma faktı qeydə alınmasına baxmayaraq, qapadılma yoxdur. Bəli, anlaşılandı ki, əhali vaksinasiya olunub və yüngül keçirir. Amma bəs axı ölənlər də var. 2-3 nəfər də deyil, 20 nəfərdən çox. Bu cür ziddiyyətli məqamların fərqində olan vətəndaş nə etsin?! İnansın, ya şübhə ilə yanaşsın? Fikrimcə, ölkədə 2 milyondan çox təhsil sahəsinə bağlı olan şəxsləri təhlükəyə atmaq lazım deyil. Ən azı 2-3 həftəlik təhsil müəssisələrinin qapadılması vacibdir. Çünki artım bu şəkildə davam edərsə, iki həftə sonra aktiv xəstə sayına görə xəstəxanalarda çarpayılar yetməyəcək”.

Tarix
2022.02.04 / 10:14
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

Prezident Kestutis Budrisi qəbul etdi

Zorludan təklif: Naxçıvanda keçirək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla