Yuxarı

Xəstə rektoru işə 3-4 adam gətirib-aparır - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəstə rektoru işə 3-4 adam gətirib-aparır - Video

Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanovun ötən ilin iyul ayına aid görüntüləri yenidən sosial şəbəkədə trendə çevrilib.

Axar.az xəbər verir ki, görüntülər insult olan rektorun işə bir neçə nəfərin köməyi ilə gəlib-getdiyini əks etdirir. Buna baxmayaraq, A.Süleymanovun hələ də vəzifəsindən istefa vermədiyi bildirilir.

Mövzu ilə bağlı Azərbaycan Texnologiya Universitetinin mətbuat xidmətinin rəhbəri Xəyalə Məmmədova Teleqraf.com-a bildirib ki, rektor postuna təyinat və azad olunma Prezidentin səlahiyyətlərinə aid məsələdir: “Hazırda rektorun səhhətində ciddi problem yoxdur. Yayılan görüntülər bir müddət rektorun təzyiqlə bağlı problemlər yaşadığı vaxta təsadüf edir. İddia olunduğu kimi o, insult keçirməyib, təzyiqlə bağlı problemləri olub. Həkimlərin diaqnozlarında da rektorun xəstəliyi hipertoniya qeyd olunub.

Akif müəllim hazırda işinin başındadır. Ciddi bir problemi olsa, işinə davam edə bilməz. Hər gün işə gedib-gəlir, bu da onun səhhətinin işi idarə edə biləcək qaydada olmasından xəbər verir”.

Akif Süleymanov özünün istefa verib-verməməsinə gəlincə, universitet rəsmisi bu haqda məlumatlı olmadığını deyib: “Hazırda o, işinə davam edir”.

Tarix
2022.02.05 / 12:34
Müəllif
Axar.az
Digər xəbərlər

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın diplomatik riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışanlar...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla