Yuxarı

Bu küçədəki qanunsuz tikili sökülür - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu küçədəki qanunsuz tikili sökülür - Video

12:36

Yeni Saray yaşayış massivi, Ziya Bünyadov küçəsində ümumi istifadədə olan ana yolda qanunsuz tikinti aparılır. Tikili yolun yarısını zəbt edib.

Bu barədə Axar.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev məlumat verib.

O bildirib ki, məsələ ilə bağlı Abşeron Rayon Polis İdarəsinə və Abşeron Rayon İcra Hakimiyyətinə yazılı şikayət verib. Buna baxmayaraq, 22 yanvarda başlayan tikintini bu günə kimi dayandıran yoxdur.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən saytımıza verilən açıqlamada qeyd olunub ki, əraziyə icazə sənədini Abşeron Rayon İcra Hakimiyyəti verir:

“Həmçinin yerli səviyyədə şəhərsalma nəzarəti də yerli icra orqanları tərəfindən həyata keçirilir”.

Abşeron rayon yerli icra nümayəndəliyindən və Yeni Saray bələdiyyəsindən isə saytımıza bildirilib ki, sözügedən tikinti ilə bağlı onlara şikayət daxil olmayıb:

“Məsələ araşdırılacaq. Əgər qanunsuz tikili varsa, qarşısının alınması ilə bağlı tədbir görüləcək”.

***

Bələdiyyədən saytımıza bildirilib ki, Yeni Saray yaşayış massivi Ziya Bünyadov küçəsindəki tikilinin sökülməsinə başlanılıb, qanunsuzluq aradan qaldırılır.

Tarix
2022.02.07 / 17:43
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın diplomatik riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Türkiyə ilə Azərbaycan arasında nifaq salmağa çalışanlar...

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla