Yuxarı

Bu kəndin qazlaşdırılması üçün müraciət edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu kəndin qazlaşdırılması üçün müraciət edildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Şamaxı rayonunun çətin relyef şəraitində yerləşən Zarat Xeybəri kəndində baş tutub.

Axar.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, görüşdə qurumun, habelə Şamaxı Rayon İcra Hakimiyyətinin məsul şəxsləri kənd sakinlərinin problemlərini dinləyiblər.

Aksiya iştirakçılarına indiyə qədər keçirilən "Açıq mikrofon" aksiyaları zamanı ünvanlanan müraciətlərin həlli istiqamətində görülən işlər barədə məlumat verilib. Kənd sakinləri dəniz səviyyəsindən 2 430 metr hündürlükdə, rayon mərkəzindən 45 km kənar ərazidə yerləşən, qış aylarının daha sərt keçdiyi bu kənddə təbii qazın olmaması səbəbindən üzləşdikləri çətinliklərdən söz açıblar.

Çıxış edənlər alternativ yanacaq mənbəyi kimi odunla bağlı da problemlərinin olduğunu, kəndin meşə zolağından kənar ərazidə yerləşdiyini bildirərək “mavi yanacaq”la təmin olunmalarını xahiş ediblər. Aksiya iştirakçılarına ünvanladıqları bütün müraciətlərin Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunacağını, sözü gedən kəndin qazlaşdırılması ilə bağlı qərarın Birlik rəhbəri tərəfindən veriləcəyi bildirilib.

Şamaxı rayonunun 53 kəndinin, 47-i təbii qazla təmin edilib.

Tarix
2022.02.08 / 17:55
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla