Yuxarı

Bayraqdar Bakıda açıqladı: PUA-lardan birinə... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayraqdar Bakıda açıqladı: PUA-lardan birinə... - Video

“Bayraqdar TB2” pilotsuz uçuş aparatlarının (PUA) yaradıcısı, Türkiyə Teknoloji Takımı Vəqfinin rəhbəri Səlcuk Bayraqdar Azərbaycanda işgüzar səfərdədir.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, o, may ayında ölkəmizdə baş tutacaq "Texnoseft" festivalı ilə bağlı təşkil olunan tədbirdə, "İkinci Qarabağ Savaşında "Bayraqdar" PUA-larının müstəsna rolu oldu. Bu qələbə münasibətilə gələcəkdə PUA modellərinin birinə "Qarabağ" adını vermək barədə düşünürsünüzmü" sualına belə cavab verib:

"Bu fikri ilk dəfə siz söylədiniz. Amma gözəl bir fikirdir. Gələcəkdə belə bir təşəbbüs ola bilir. Çünki məhz Qarabağ savaşında ilk dəfə PUA-lar havaya uçdu. Bu, dünyada müharibə tarixində PUA-larla qələbə əldə edilən ilk savaş oldu. Ona görə bu çox şanlı müharibə sayılır. O baxımdan gözəl bir təşəbbüs olardı".

Qeyd edək ki, 44 günlük Qarabağ Savaşında tarix yazmış Türkiyə istehsalı olan "Bayraktar TB2" PUA-ları dünyada ən yaxşı robot təyyarəsi sayılır.

Tarix
2022.02.08 / 20:03
Müəllif
Axar.az
Digər xəbərlər

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla