Yuxarı

“Azəriqaz” Xaçmaz sakinlərinin müraciətlərinə baxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azəriqaz” Xaçmaz sakinlərinin müraciətlərinə baxdı

“Açıq mikrofon” aksiyasının əsas məqsədlərindən biri də sahibkarlıq subyektərinə Azəriqaz İstehsalat Birliyin səlahiyyətləri çərçivəsində lazımi dəstəyin verilməsidir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-dən Axar.az-a verilən məlumata görə, bu sözləri “Azəriqaz”ın Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev Xaçmaz sahibkarları ilə keçirilən görüş zamanı bildirib.

"Açıq mikrofon" aksiyasında Xaçmaz Regional qaz istismarı İdarəsinin və Birliyin digər məsul şəxsləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, həmçinin Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri sahibkarların problemlərini dinləyiblər.

Çıxış edən sahibkarlar qaz xəttinin yerinin dəyişdirilməsi, qeyri-yaşayış sahəsinin qazlaşdırılması və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Birliyin müvafiq struktur bölmələrinin rəhbər şəxsləri tərəfindən daxil olan müraciətlərlə bağlı sahibkarlara müvafiq izahatlar verilib.

"Səyyar qəbul otağı”nın imkanlarından sahibkarlarla yanaşı, adi vətəndaşlar da yararlanıblar. Xaçmaz rayonunun Müşfiq kənd sakini Veysəl Məmmədov yaşadığı ərazidə küçə qaz xəttinin olmadığını bildirərək bu məsələdə köməklik edilməsini xahiş edib. Bütün müraciətlər qeydiyyata alınıb.

Xaçmaz Regional qaz istismarı İdarəsinin səlahiyyətləri çərçivəsində həlli mümkün olan müraciətlərin həllinə dair yerindəcə tapşırıq verilib. Sahibkarlar da öz növbələrində onlara şikayət və təkliflərini səsləndirmək üçün yaradılan bu şəraitə görə Birlik rəhbərliyinə təşəkkür ediblər.

Tarix
2022.02.10 / 17:57
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov türkiyəli nazirlə görüşdü

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Türkiyəyə raket hücumu: Azərbaycan MN-dən reaksiya...

Putinin Əliyevə zənginin səbəbləri - Rusiyadan baxış

Bu, dinc sakinlər üçün ciddi təhlükə yaradır - XİN

Mirziyayev Azərbaycanda mühüm foruma qatılacaq

Türkiyə İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi

Bu iki ölkə Azərbaycanda səfirlik açır

Mövcud geosiyasi şəraitdə müdafiə qabiliyyətinin artırılması...

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla