Yuxarı

Ağsuda insident: sələmçi qardaşlar bıçaqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağsuda insident: sələmçi qardaşlar bıçaqlandı

Ağsu rayonunda sələmçi qardaşlar bıçaqlanıb.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə fevralın 10-da Ağsu şəhəri ərazisində qeydə alınıb.

Belə ki, Zəka və Orxan Fazilzadə qardaşları sələmə verdikləri pula görə Amil Quliyev, Üzeyr Şirazlı, Fəxrəddin Bayraməlizadə, Alı Nəcəfli ilə aralarında mübahisə yaranıb. Bu zaman A.Quliyev O.Fazilzadənin ayaq nahiyyəsinə 1 dəfə və F.Bayraməlizadə isə Z.Fazilzadənin bədəninin müxtəlif nahiyyələrinə 6 dəfə bıçaqla xəsarəti yetirib.

Yaralılar Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2022.02.11 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla