Yuxarı

Okko onlayn kinoteatrı Azercell ilə smartfonlarınızda!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Okko onlayn kinoteatrı Azercell ilə smartfonlarınızda!

Ölkənin lider mobil operatoru rəqəmsal məhsullar portfelini genişləndirməyə davam edir.

Axar.az xəbər verir ki, bu dəfə Azercell Telekom MMC MDB-nin ən böyük onlayn kinoteatrlarından biri olan Okko-nu yerli bazarda xüsusi şərtlərlə təqdim edir.

Mobil operator öz abunəçilərinə dünyada 20 milyona yaxın müştərinin rəğbətini qazanan bu tətbiqdən 45% -dək endirimlə yararlanmaq imkanı verir.

Qeyd edək ki, Okko vasitəsilə 90.000-dən çox bədii və cizgi filmlərini, eləcə də serialları heç bir reklam fasiləsi olmadan Full HD 4K və 8K keyfiyyətində izləmək mümkündür. Həmçinin, xidmət smart funksiyası olan televizorların əksəriyyətində də mövcuddur.

Azercell Okko onlayn kinoteatrına güzəştli qiymətlərlə Optimum paketinə abunəliyi təqdim edir. Bu paketə Paramount+, Vip Play, Okko Lite, uşaqlar üçün xüsusi kontent, elm-təhsil sahəsinə dair veriliş və filmlər daxildir. Bundan əlavə, paketə abunə olanlar karaoke xidmətindən istifadə edib, dünya üzrə məşhur hitləri ifa etmək imkanı da əldə edirlər.

Okko-ya üç növ - gündəlik, həftəlik və aylıq abunə təklif edilir. Gündəlik abunənin xidmət haqqı 0.35 AZN, həftəlik abunə 1.5 AZN, aylıq abunə isə cəmi 4.99 AZN təşkil edir. Hazırda bu xidmətin aylıq abunəliyinə qoşulanlar 30 gün Okko onlayn kinoteatrından pulsuz istifadə etmək imkanı qazanacaq.

Okko xidmətinə həm USSD kod, həm SMS vasitəsilə abunə olmaq mümkündür. Gündəlik paket üçün *800#, həftəlik abunə üçün *890#, aylıq paket üçünsə *899# kodunu yığmaq lazımdır. Bu zaman xidmətə qoşulmaq üçün məlumat və yükləmə linki SMS-lə telefona göndərilir.

SMS vasitəsilə xidmətə qoşulmaq üçün Start gun, Start hefte və Start ay sözlərini paket növünə uyğun olaraq 6660 qısa nömrəsinə göndərmək lazımdır. Bu xidmətə abunəliyi Azercell-in “Kabinetim” mobil tətbiqi üzərindən də aktivləşdirmək olar.

Bağlantını asanlaşdırmaqla abunəçilərinin həyatını daha da dolğun etməyi hədəfləyən Azercell indi də onlara bir abunədə minlərlə filmə baxmaq fürsətindən yararlanmağa dəvət edir.

Tarix
2022.02.12 / 16:36
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla