Yuxarı

Nəzarətsiz qoyulan körpə ilə bağlı araşdırma başladı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəzarətsiz qoyulan körpə ilə bağlı araşdırma başladı - Video

21:13

Gəncə şəhərində anasının baxılması üçün qonşulara verdiyi üç aylıq körpə səhhətində problem yarandığından xəstəxanaya yerləşdirilib, polis araşdırmalara başlayıb.

Axar.az xəbər verir ki, hərarəti yüksək olan oğlan uşağına həkimlər tibbi yardım göstərib və hazırda müalicəsi davam etdirilir, vəziyyəti qənaətbəxşdir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məsələ ilə bağlı Report-un sorğusuna cavab olaraq bildirib ki, bu barədə polisə məlumat verilib və dərhal araşdırmalara başlanılıb:

"Araşdırma zamanı məlum olub ki, üç aylıq körpə - T.Murquzovun səhhətində problem yaranması səbəbindən vətəndaş tərəfindən təcili tibbi yardım briqadası çağırılıb və uşaq xəstəxanaya yerləşdirilib. Məlum olub ki, körpə anası S.Murquzovanın himayəsindədir. Qadından ayrılan uşağın atası isə ölkə xaricindədir. Vətəndaşların bildirdiyinə görə, qadın hələ ki tam dəqiq bilinməyən səbəblərdən övladına lazımi şəkildə baxmır və körpəni qonşular saxlayır. Artıq əməkdaşlarımız tərəfindən uşağın anası ilə profilaktik söhbətlər edilib. Qadın səhvini anladığını və körpəyə lazımi şəkildə nəzarət edəcəyini deyib. Buna baxmayaraq, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat veriləcək və son qərarı onlar verəcək".

Tarix
2022.02.14 / 22:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla