Yuxarı

ADU-nun tələbələri təcrübəyə başladı: 14 həftə ərzində...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU-nun tələbələri təcrübəyə başladı: 14 həftə ərzində...

Azərbaycan Dillər Universitetinin tələbələri pedaqoji və istehsalat təcrübəsinə başlayıblar.

Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, pedaqoji təcrübədə iştirak edən tələbələr 16 fevral tarixindən başlayaraq 14 həftə ərzində Bakı şəhərində yerləşən məktəb və liseylərdə, özəl təhsil müəssisələrində təcrübə keçəcəklər.

Təhsil 1, Təhsil 2, Filologiya fakültələrinin və “Sabah” qruplarının pedaqoji ixtisaslarda təhsil alan sonuncu kurs tələbələrinə təcrübə müddətində universitet tərəfindən ayrılmış müəllimlər və orta təhsil müəssisələrinin əməkdaşları rəhbərlik edəcək.

İstehsalat təcrübəsi keçən Beynəlxalq münasibətlər və regionşünaslıq, Tərcümə və Filologiya fakültələrinin tələbələri eyni tarixlərdə dövlət və qeyri-dövlət təşkilatlarına, bir sıra xarici ölkələrin ölkəmizdə fəaliyyət göstərən səfirliklərinə göndəriliblər. Onların təcrübə keçdikləri səfirliklər arasında İndoneziya, Pakistan, Meksika, Venesuela və Serbiyanın ölkəmizdəki səfirlikləri də var.

Qeyd edək ki, təcrübəyə hazırlıq mərhələsində bütün fakültələr üzrə tələbələrlə təcrübə rəhbərləri arasında görüşlər keçirilib, təlimlər təşkil olunub. Təcrübəçilərin təşkilatlarda fəaliyyəti ilə bağlı xüsusi göstərişlər verilib, təcrübə yerində nizam-intizam qaydalarına ciddi əməl olunması diqqətə çatdırılıb.

Eyni zamanda COVİD-19 pandemiyası ilə bağlı tələblər bir daha təcrübəçi tələbələrin diqqətinə çatdırılıb və bu tələblərə ciddi əməl olunması xüsusi vurğulanıb.

Tarix
2022.02.17 / 21:52
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla