Yuxarı

Prezidentdən Kürdəmirin yeni icra başçısına xüsusi göstəriş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentdən Kürdəmirin yeni icra başçısına xüsusi göstəriş

Kürdəmir rayonunun kəndlərində mövcud olan problemlər təhlil edilməlidir. İcra başçısı bütün kəndlərə getməlidir, insanlarla görüşməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, onda demək olar ki, bütün problemlər həll olunar. O cümlədən Nizami və Nərimanov rayonlarının bütün guşələrində işlər elə getməlidir ki, bu rayonlar nümunəvi olsun.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 18-də Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

“Yerlərdə həlli mümkün olmayan problemlərin, - elə problemlər təbii ki, var, - həlli üçün siz mərkəzi icra orqanlarına müraciət etməlisiniz, həlli mümkün olan problemləri isə özünüz həll etməlisiniz ki, insanlar sizdən razı olsun. İnsanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam”, - Prezident bildirib.

Tarix
2022.02.18 / 12:39
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla