Yuxarı

Azərbaycanda otellər yeni qaydalarla işləyəcək - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda otellər yeni qaydalarla işləyəcək - Video

Bəzən xaricə səfər edən və ya xaricdən ölkəmizə gələn turistlərin turoperator və ya turagentlər tərəfindən aldadıldığının şahidi oluruq. Yenicə təsdiq edilən ''Turizm haqqında'' qanuna əsasən bu kimi neqativ halların qarşısı alınacaq. Qanunda bir sıra öhdəliklər müəyyən edilib. Həmin qaydaları pozanları isə cəzalar gözləyir.

Axar.az xəbər verir ki, ölkə başçısı tərəfindən təsdiqlənən ''Turizm haqqında'' yeni qanun layihəsi bu sahədəki neqativ halları aradan qaldıracaq. Artıq ölkəyə gələn və xaricə göndərilən turistləri əvvəlki kimi rahatlıqla aldatmaq mümkün olmayacaq.

Turizim üzrə ekspert Rəhman Quliyev "Xəzər Xəbər"ə deyib ki, qanunun əsas predmetlərindən biri turistlərin təhlükəsizliyinin təmin edilməsidir.

Bu məqsədlə yeni sənəddə turoperatorlar və turagentlər qarşısında konkret öhdəliklər müəyyən edilib. Artıq səyyahət zamanı turistlərə təxirəsalınmaz təcili yardım göstərilməsi öhdəlik kimi qoyulub.

Dövlət Turizm Agentliyi tərəfindən hazırlanan qanun ölkənin turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və turist məmnunluğunun artmasını təmin edəcək. Həmçinin vahid reysterin yaradılması turistlərin aldadılmasını minimuma endirəcək.

Ekspert Rəhman Quliyev əlavə edib ki, yeni qanun turistlərdə Azərbaycana qarşı inam formalaşdıracaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə turizm haqqında qanunvericiliyin pozulması ilə bağlı yeni maddə də əlavə olunub. Yeni maddə bu sahədəki neqativ hallarla bağlı inzibati məsuliyyəti müəyyən edir.

Tarix
2022.02.21 / 09:57
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Özbəkistana səfər edəcək

Slovakiya XİN-in dövlət katibi Azərbaycana gəldi

Azərbaycanın vasitəsilə bu imkanlar açılıb - Paşinyan

30 ildən artıq vaxt keçib, onlar hələ də itkindir...

Ermənistana 17 vaqon dizel göndərildi

Təsəvvür edin, biz Azərbaycana gedirik - Paşinyan

Rəsmi Bakı Paşinyanı təbrik edəcəkmi? - XİN-in cavabı

İrəvan Qarabağdan köçənlərə pul ayırdı

Azərbaycan Paşinyanı təbrik edəcəkmi?

Bu, Şuşa Bəyannaməsinin geostrateji əhəmiyyətini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla