Yuxarı

Gəncədə zavod işçisi zədə nəticəsində ölüb? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə zavod işçisi zədə nəticəsində ölüb? - Açıqlama

Prokurorluq Azərbaycanda avtomobil zavodunda işçinin qəfil ölümü ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, bəzi media qurumları tərəfindən Gəncə şəhəri ərazisində yerləşən avtomobil zavodunda mühafizə xidmətində çalışan Elçin Yusibovun zədə alması nəticəsində vəfat etməsi ilə bağlı informasiyalar ictimailəşdirilib.

“Yayılan həmin informasiyalarla bağlı bildiririk ki, fevralın 23-də gecə saat 03 radələrində 1982-ci il təvəllüdlü Elçin Yusibov iş yerində səhhətinin pisləşməsi səbəbindən xəstəxanaya aparılıb, göstərilmiş tibbi yardımlara baxmayaraq, “qəfləti koronal ölüm” diaqnozu ilə vəfat edib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, ərazidə olan təhlükəsizlik kameralarının qeydə aldığı görüntülərə baxış keçirilib.

Hazırda şəhər prokurorluğunda araşdırma davam etdirilir”, - məlumatda qeyd edilib.

Tarix
2022.02.23 / 15:47
Müəllif
Axar.az
Digər xəbərlər

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla