Yuxarı

Maliyyə naziri inflyasiya ilə bağlı tapşırıqlar verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maliyyə naziri inflyasiya ilə bağlı tapşırıqlar verdi

Hazırda aparılan ardıcıl kompleks tədbirlərin əsas hədəfləri dünya ərzaq qiymətlərinin daxili istehlak bazarına təzyiqinin azaldılması, əhalinin real gəlirləri və alıcılıq qabiliyyətinin qorunması, daxili istehsalın təşviq edilməsidir.

Axar.az xəbər verir ki, bunu nazir Samir Şərilfov qurumda keçirilmiş Kollegiya iclasında deyib.

Çevik və kompleks anti-inflyasiya proqramının qısamüddətli dövrdə inflyasiya amillərini nəzarətdə saxlamağa imkan verəcəyini deyən nazir bu istiqamətdə Maliyyə Nazirliyi qarşısında qoyulan vəzifələrin icrasına dair aidiyyəti struktur bölmələrə tapşırıqlar verib.

Xatırladaq ki, Nazirlər Kabineti Prezident İlham Əliyevin tapşırığına əsasən, qiymət artımlarının ölkədə işgüzar fəallığa, əhalinin rifah və alıcılıq qabiliyyətinə mənfi təsirlərinin qarşısının alınması məqsədilə "Anti-inflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər" haqqında sərəncam imzalayıb və müvafiq dövlət orqanları qarşısında ciddi vəzifələr qoyub.

Tarix
2022.02.23 / 17:49
Müəllif
Axar.az
Digər xəbərlər

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla